AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Ümumi Tarix Elmi İstiqaməti üzrə Elmi Şuranın iclası keçirilib
Dek 26, 2019 | 02:08 / Maraqlı məlumatlar
Oxunub 422 dəfə

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Ümumi Tarix Elmi İstiqaməti üzrə Elmi Şurasının iclası keçirilib.

İclası şuranın sədri, akademik Şahin Mustafayev açaraq yeni yaradılmış əlaqələndirmə şurası, onun tərkibi və qarşısında duran mühüm vəzifələr barədə məlumat verib.

Sonra "Ümumi tarix" ixtisası üzrə təqdim olunan 9 dissertasiya mövzusu (3-ü elmlər, 6-sı fəlsəfə doktoru) müzakirə edilib. 

Müzakirələr nəticəsində 8 elmi işin adında dəyişiklik edilərək təsdiqlənib. Bir dissertasiya işi isə istiqaməti düzgün seçilmədiyinə görə yenidən baxılması üçün geri qaytarılıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015