AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Tarix İnstitutunun elmi dəstəyi ilə Ankarada Xocalı soyqırımı kompleksi yaradılır
Dek 18, 2019 | 10:01 / Konfranslar, iclaslar
Oxunub 324 dəfə

AMEA-nın Tarix İnstitutunda Türkiyənin Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin (TMCD) sədri Əhməd Baba ilə görüş keçirilib.

Tədbiri müəssisənin direktoru, akademik Yaqub Mahmudov açaraq ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" sözlərini xatırladıb, Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərindən danışıb.

Sonra çıxış edən Ə.Baba iki dövlətin ən ağır dönəmlərində bir-birlərinə dəstək olduqlarını bildirib. O, hazırda Ankara şəhərində TMCD və Yıldırım Bəyazid Universiteti arasında imzalanan anlaşmaya əsasən Xocalı soyqırımı parkı və abidə kompleksinin tikildiyini deyib. Qeyd edib ki, kompleks universitetin ərazisində AMEA-nın Tarix İnstitutunun elmi dəstəyi ilə inşa olunur: "Bu layihə Xocalı soyqırımının dəhşətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacaq. 1,5 hektar ərazidə Xocalı şəhidlərinin xatirəsinə 613 ağac əkiləcək".

Sonda Y.Mahmudov Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinə Tarix İnstitutunun nəşrlərini təqdim edib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015