AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
“Elm” qəzetinin yeni nömrəsi çapdan çıxıb
Noy 01, 2019 | 09:07 / Yeni nəşrlər
Oxunub 30 dəfə

AMEA Rəyasət Heyətinin mətbu orqanı olan  “Elm” qəzetinin növbəti nömrəsi bu gün çapdan çıxıb.

Qəzetin bu sayında AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin "Heydər Əliyev" ordeni ilə təltif olunması, akademiyanın Ümumi yığıncağı, Naxçıvan Dövlət Universitetində AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin 70 illik yubileyinə həsr olunan tədbir, "Riyaziyyat və Mexanikanın müasir problemləri" mövzusunda beynəlxalq konfrans, Gəncə Bölməsi, eləcə də Neft və Qaz İnstitutunda keçirilən elmi seminarlar, həmçinin Azərbaycan alimlərinin beynəlxalq tədbirlərdə iştirakı və s. haqqında məlumatlar oxucuya təqdim edilir.

Bundan əlavə, nəşrdə "Böyük potensiala malik alim, görkəmli dövlət xadimi", "Silinməz imzası olan torpaqşünas", "Görkəmli alim, nəcib insan", "Həmkar haqqında oçerk", "Dərin hörmət qazanmış alim" sərlövhəli məqalələr də yer alıb.

Qəzetdə, həmçinin rus dilində materiallar əksini tapıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015