AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
“Elm” qəzetinin yeni nömrəsi çapdan çıxıb
Okt 18, 2019 | 08:05 / Konfranslar, iclaslar
Oxunub 40 dəfə

AMEA Rəyasət Heyətinin mətbu orqanı olan  “Elm” qəzetinin növbəti nömrəsi bu gün çapdan çıxıb.

Qəzetin bu nömrəsində AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyətinin Bolqarıstana səfəri, görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın 80 illik yubileyinə həsr olunan elmi konfrans, Rəyasət Heyətinin oktyabrın 16-da keçirilən iclası, Naxçıvan Bölməsində doqquz ayın yekunlarının müzakirəsi barədə məlumatlar verilib. Bu nömrədə, həmçinin Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli publisist Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illik yubileyinə həsr edilmiş tədbir, Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov İranın Təbriz Azad İslam Universitetinin rektoru ilə görüşü, Birləşmiş Veteranlar Şurasının iclası, eləcə də təltiflər, elanlar, AMEA-nın institutlarının yeni nəşrləri və digər məlumatlar oxucuya təqdim edilir.

Bundan əlavə, nəşrdə "Humanitar və ictimai elmlərin bələdçisi", "Alim, nəcib insan, əsl ziyalı", "Mənalı ömrün mərhələləri", "Görkəmli alim və pedaqoq" sərlövhəli məqalələr yer alıb.

Qəzetdə, həmçinin rus dilində materiallar əksini tapıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015