AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Çinli qonaqlar Milli Azərbaycan Tarixi Muzeyindən xoş təəssüratla ayrılıb
Okt 11, 2019 | 09:51 / Konfranslar, iclaslar
Oxunub 170 dəfə

Ölkəmizdə səfərdə olan Çin İctimai Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Araşdırmaları İnstitutunun nümayəndələri - Dr. Bao Yi və Dr. Yan Tszin AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində olublar.

Muzeyin direktoru, akademik Nailə Vəlixanlı ilə görüşdə çinli qonaqlara bu mədəniyyət ocağının yaranma tarixi və görkəmli xeyriyyəçi H.Z.Tağıyev barədə məlumat verilib.

Akademik N.Vəlixanlı Çinə elmi səfərləri və bu ölkə ilə bağlı zəngin təəssüratlarından danışıb. O, İpəkyolu Beynəlxalq Muzeylər Alyansının vitse-prezidenti seçildiyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan-Çin elmi-mədəni əlaqələrinin müasir inkişaf istiqamətləri, bu əməkdaşlığın daha da genişləndirilməsi, həmçinin nəşrə hazırlanacaq ensiklopediyada "Böyük İpək Yolu" mövzusunda muzeydə qorunan eksponatlardan  istifadə edilməsi və digər mövzularda müzakirələr aparılıb.

Maddi-mədəni irsimiz, muzey binasının orijinal görünüşü və zəngin ekspozisiya zalları qonaqlarda xoş təəssürat yaradıb.

Sonda çinli alimlərə muzeyin nəfis tərtibatlı nəşrləri hədiyyə edilib. 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015