AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Azərbaycan alimi Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib
Sen 23, 2019 | 03:10 / Mühüm hadisələr
Oxunub 44 dəfə

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib və "Beynəlxalq Qızıl Ulduz” medalı ilə təltif edilib.

Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan təmsilçisi, prof. Elçin İsgəndərzadə muzeyi ziyarət edib, akademiyaya üzvlük diplomunu və medalı alimə təqdim edib. O, Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə N.Vəlixanlının bu qurumun həqiqi üzvü seçildiyini və "Beynəlxalq Qızıl Ulduz” medalına layiq görüldüyünü bildirib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015