AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Foto
Xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun “Mücrü” kitabının təqdimatı keçirilib
Sen 19, 2019 | 09:06 / Yeni nəşrlər
Oxunub 82 dəfə

Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Xalq yazıçısı, görkəmli alim və pedaqoq Gülhüseyn Hüseynoğlunun seçilmiş əsərlərinin yer aldığı “Mücrü” kitabının təqdimatı keçirilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidenti, akademik İsa HəbibbəyliHumanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, akademik Abel Məhərrəmov, AYB-nin katibi, Xalq yazıçısı Çingiz Abdullayev və ədəbiyyatşünas alimlər iştirak ediblər.

AMEA-nın dəstəyi ilə nəşr olunan kitabın ideya müəllifi akademik Akif Əlizadə, redaktoru və “Ön söz”ün müəllifi akademik Teymur Kərimlidir.

Mərasimi AYB-nin katibi İlqar Fəhmi açaraq G.Hüseynoğlunun yaradıcılığını yad etdiklərinə görə AMEA rəhbərliyinə təşəkkürünü bildirib.

Sonra akademik Akif Əlizadə çıxış edərək Mikayıl Müşfiqin yaradıcılığını dərindən araşdıran yazıçıya böyük rəğbət bəslədiyini söyləyib, ədibin Azərbaycan ədəbiyyatının inkişafındakı mühüm rolundan söz açıb.

Tədbirdə, həmçinin akademiklər - İsa Həbibbəyli, Teymur Kərimli, Abel Məhərrəmov, Xalq yazıçısı Çingiz Abdullayev, filologiya üzrə elmlər doktorları - Vaqif Yusifli, Məmməd Əliyev və digərləri çıxış edərək G.Hüseynoğlu ilə bağlı xatirələrini bölüşüb, yazıçının antisovet fəaliyyətindən, azadlıq uğrunda mübarizəsindən danışıblar.

Sonda yazıçının oğlu Toğrul Abdullayev kitabın nəşrinə görə AMEA rəhbərliyinə və tədbirin iştirakçılarına öz minnətdarlığını bildirib. 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015