AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
AMEA Rəyasət Heyətinin elmi katibi Avropa Hüquq Akademiyasının tədbirində müzakirələrdə iştirak edib
Sen 18, 2019 | 03:00 / Mühüm hadisələr
Oxunub 54 dəfə

AMEA-nın Rəyasət Heyətinin elmi katibi Rəna Hüseynova Almaniya Federativ Respublikasının Trir şəhərində elmi ezamiyyətdə olub.

Avropa Hüquq Akademiyasının təşkilatçılığı ilə “Məlumatların qorunması haqqında qanunvericilik” mövzusunda keçirilən tədbirdə nüfuzlu Avropa təşkilatlarından mütəxəssislərlə yanaşı, AMEA Rəyasət Heyətinin elmi katibi də iştirak edib.

R.Hüseynova beynəlxalq təcrübənin öyrənilməsi, müvafiq xarici təşkilatlarla elmi əməkdaşlığın qurulması və genişləndirilməsi məqsədilə müzakirə və praktik məşğələlərə qatılıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015