AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
“Müasir siyasətin və etikanın aktual problemləri” elmi-nəzəri məqalələr toplusu nəşr olunub
Sen 18, 2019 | 02:40 / Yeni nəşrlər
Oxunub 50 dəfə

AMEA-nın Fəlsəfə İnstitutunun hazırladığı “Müasir siyasətin və etikanın aktual problemləri” elmi-nəzəri məqalələr toplusu çapdan çıxıb.

Toplu ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyinə ithaf olunub.

Nəşrdə ulu öndər Heydər Əliyevin müasir Azərbaycanı güclü dövlətə çevirən milli inkişaf siyasəti, milli dirçəliş fəlsəfəsi, azərbaycançılıq ideologiyası və etik siyasət məsələlərinin tədqiqinə xüsusi yer verilib.

Topluda Prezident İlham Əliyevin modernləşmə xətti, Avropa dövlətində islamofobiyanın təzahürləri və səbəbləri, qlobal miqrasiya böhranı, Qərbə inteqrasiya və s. bu kimi siyasi, etik problemlərin elmi-nəzəri tədqiq və təhlilini ehtiva edən məqalələr yer alıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015