AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Milli Azərbaycan Tarixi Muzeyi ilə tanışlıq rusiyalı qonaqlarda zəngin təəssürat yaradıb
Sen 13, 2019 | 10:18 / Görüşlər
Oxunub 90 dəfə

Rusiyanın “ВЕЛЕС Капитал” kompaniyasının direktoru Аleksey Qnedovski, Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinin əməkdaşı, silahlar üzrə mütəxəssis Yelena Tixomirova və kolleksioner, hərb tarixçisi Dmitriy Kloçkov AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər.

Məqsəd “ВЕЛЕС Капитал” kompaniyasının təşəbbüsü ilə 2020-ci ilin 29 yanvar-29 mart tarixlərində Moskva şəhərində keçiriləcək “İmperiya və Qafqaz” adlı sərgi üçün Milli Azərbaycan Tarixi Muzeyinin silah kolleksiyası ilə tanışlıq olub. Sərginin əsas istiqamətlərindən biri XIX-XX əsrin əvvəlləri istifadə olunan Qafqaz silahlarıdır. 

Rusiyalı qonaqlar əvvəlcə muzeyin direktoru, akademik Nailə Vəlixanlı ilə görüşüblər. N.Vəlixanlı müxtəlif dövrləri əks etdirən muzeyin silah kolleksiyası və burada qorunan tarixi əşyalar barədə onlara ətraflı məlumat verib.

Görüşdə Azərbaycan-Rusiya mədəni əlaqələrinin genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.

Daha sonra qonaqlar H.Z.Tağıyevin xatirə muzeyini ziyarət ediblər. Buradakı məişət əşyaları və tarixi sənədlər onlarda zəngin təəssürat yaradıb.

Rusiyalı qonaqlar, həmçinin muzeyin Silahlar və bayraqlar fondunun materialları ilə tanış olublar. Onlara muzeyin silahlar və bayraqlar kolleksiyası barədə məlumat verilib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015