AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Foto
Professor Vidadi Muradov “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub
İyl 18, 2019 | 10:36 / Mühüm hadisələr
Oxunub 234 dəfə

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Xalçaşünaslıq sektorunun müdiri, tarix elmləri doktoru, professor Vidadi Muradov “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib.

Qeyd edək ki, V.Muradov xalçaçılıq sənətinin tarixi köklərinin öyrənilməsi, qədim ənənələrin təhlili və müqayisəsi, Azərbaycan xalçaçılığının əhali tarixi aspektində öyrənilməsi, xalça qruplarının təsnifatı prinsiplərinin təkmilləşdirilməsi, dünya muzeylərində və şəxsi kolleksiyalarda saxlanılan milli xalçaların üzə çıxarılması və obyektiv ünvanlandırılması istiqamətində tədqiqatlar aparır. Onun rəhbərliyi ilə indiyədək “Qarabağ bölgəsinin xalçaçılıq tarixi”, “Qazax-Borçalı bölgəsinin xalçaçıları”, “Dərbənd xalçaçılığı”, “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik”, “Boyaqçılıq”, “Lənkəran-Astara bölgəsi: tarixi və xalçaçılığı”, Muğan, Təbriz, Bakı, İrəvan, Quba, Şirvan, Gəncəbasar bölgələrinin xalçaçılıq ənənələri və s. kimi aktual mövzularda tədqiqat işləri aparılıb.

O, respublikamızda və xarici ölkələrdə nəşr olunan 200-ədək monoqrafiyanın, dərsliyin, məqalələrin müəllifidir. Alim eyni zamanda 2011-ci ildən nəşr olunan “Azərbaycan xalçaları” elmi-publisistik jurnalının təsisçisi və baş redaktorudur. 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015