AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
“Ulu öndər Heydər Əliyevin inkişaf strategiyasının təntənəsi” kitabı işıq üzü görüb
İyl 10, 2019 | 09:03 / Yeni nəşrlər
Oxunub 155 dəfə

İqtisadiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Şahbaz Muradovun “Ulu öndər Heydər Əliyevin inkişaf strategiyasının təntənəsi” kitabı çap olunub.

Vəsait ümummilli liderin birinci dəfə Azərbaycan rəhbərliyə gəlişinin 50 illiyinə həsr edilib. Əsərdə Azərbaycanda tənəzzüldən tərəqqiyə yüksələn 50 illik (1969-2019-cu illər) çətin yolun sosial-iqtisadi nəticələri təhlil olunub.

Müəllif ön sözdə qeyd edir ki, H.Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrdə Azərbaycan xalqının və dövlətinin maraqlarını, mənafelərini müdafiə və təmin edən düzgün siyasi qərarlar qəbul edib həyata keçirməklə onu düşdüyü ağır vəziyyətdən çıxara bilib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015