AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Milli Azərbaycan Tarixi Muzeyində “Şəki irsimizi yaşadan ulu diyardır” sərgisi açılıb
İyn 28, 2019 | 09:32 / Konfranslar, iclaslar
Oxunub 242 dəfə

İyunun 28-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Şəki irsimizi yaşadan ulu diyardır” sərgisi açılıb.

Sərginin açılış mərasimində muzeyin direktoru, akademik Nailə Vəlixanlı tarixi irsimizin tədqiqinin və dərindən öyrənilməsinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, sərgidə muzeyin fondlarında qorunan 350 eksponat və iki sikkə dəfinəsi (474 sikkə) nümayiş olunur.

Bildirilib ki, sərgidə nadir materialların əksəriyyəti ilk dəfə nümayiş etdirilir.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015