AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Türkiyədə millətçilik ideologiyasına həsr olunan kitab nəşr olunub
İyn 03, 2019 | 10:55 / Yeni nəşrlər
Oxunub 26 dəfə

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir tarixi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Esmeralda Həsənovanın “Türkiyədə millətçilik ideologiyasının müxtəlif tipologiyası və modifikasiyası” kitabı rus dilində çapdan çıxıb.

Tədqiqatda Osmanlı imperiyasının süqutu və Türkiyə Cümhuriyyətinin yaranması dövründən etibarən Türkiyədə millətçilik ideologiyasının və onun təzahürlərinin tarixi aspektləri, fenomenologiyası və formalaşması təhlil edilir. Belə nəticəyə gəlinir ki, Türkiyədə millətçiliyin bütün növləri üçün ümumi cəhət onların islam-türk sintezi vahid konseptual əsasına və ideologiyasına söykənməsidir.

Əsər 15 fəsildən ibarətdir. Fəsillərdə Türkiyədə millətçiliyin ilkin modeli – türkçülük, eləcə də Kamalizm ideologiyası və millətçiliyin bu modelinin Atatürkçülüyə transformasiyası, konservativ millətçilik, liberal millətçilik, irqçilik, etnik millətçilik və s. mövzulara toxunulur.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015