AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Elm Tarixi İnstitutunda Respublika Günü qeyd olunub
May 27, 2019 | 11:08 / Konfranslar, iclaslar
Oxunub 28 dəfə

AMEA-nın Elm Tarixi İnstitutunda 28 May - Respublika Gününə həsr edilən dəyirmi masa keçirilib.

Tədbiri müəssisənin direktoru, t.ü.e.d. Məryəm Seyidbəyli açaraq cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tariximizdə silinməz izlər qoyduğunu, xalqımızın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin yaratdığını söyləyib.

Dəyirmi masada, həmçinin Elm Tarixi İnstitutunun əməkdaşı, t.ü.f.d. Ziyad Əmrahovun "Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul edilmiş və millətin gələcək taleyi üçün mühüm əhəmiyyət kəsb edən qanunlar", Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, t.ü.e.d. Cəbi Bəhramovun "Cümhuriyyətin 23 aylıq tarixi" və t.ü.f.d. Rəşad Rüstəmovun "Azərbaycan Xalq Cümhuriyyətinin 1918-1920-ci illər ərzində dünya ölkələri tərəfindən tanınması istiqamətində görülən işlər" mövzusunda məruzəsi dinlənilib.

Sonda AXC-nin liderlərindən Xudadat bəy Rəfibəylinin davamçısı Akif Rəfiyev Cümhuriyyətin qurucularının fəaliyyətindən və həyatından bəhs edən maraqlı faktlar söyləyib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015