AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Azərbaycanlı alim İspaniyada Yeni (İnnovativ) Həyat Keyfiyyəti İndeksini təqdim edib
Dek 13, 2018 | 02:17 / Mühüm hadisələr
Oxunub 354 dəfə

İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü Qorxmaz İmanov İspaniyada elmi ezamiyyətdə olub.

Alim səfər çərçivəsində İspaniya İqtisadiyyat və Maliyyə Elmləri Kral Akademiyasının Barselona şəhərində keçirilən XIII beynəlxalq konfransında iştirak edib. Q.İmanov konfransda müəllifi olduğu Yeni (İnnovativ) Həyat Keyfiyyəti İndeksinin hesablama modelini təqdim edib.

O, hazırladığı indekslə ölkədə dayanıqlı inkişaf parametrlərinin hansı dərəcədə olduğunu müəyyənləşdirib. Bundan əlavə, UNESCO tərəfindən təyin edilmiş Ekoloji Sivilizasiya İndeksinin rəqəmlərinə də yer verib.

Alim hökumətlərin dayanıqlı və humanist gələcəyə zəmanət verən qanunvericiliklə, həmçinin onların mürəkkəbliklərini nəzərə alan təhlil sistemlərilə təmin edilməsinin vacibliyini bildirib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015