AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Qafqazşünaslıq İnstitutunda ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “dəyirmi masa” keçirilib
Dek 10, 2018 | 11:02 / Mühüm hadisələr
Oxunub 172 dəfə

Dekabrın 10-da AMEA Qafqazşünaslıq İnstitutunda ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “dəyirmi masa” keçirilib. Əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən institutun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri var. Ümummilli lider ictimai-siyasi quruluşdan asılı olmayaraq bütün dövrlərdə Azərbaycanın tərəqqisinə xüsusi diqqət yetirib.

Sonra institutun şöbə müdiri, tarix üzrə elmlər doktoru Qasım Hacıyev çıxış edərək ulu öndər Heydər Əliyevin rəhbərliyi altında siyasi sistemin möhkəmlənməsi və dövlətçilik ənənələrinin yaradılmasından bəhs edib.

Tədbirdə institutun Gürcüstanşünaslıq şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərov, Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə çıxış edərək azərbaycançılıq ideologiyasının bərqərar olması nəticəsində Azərbaycanın yüksək səviyyədə inkişaf edən bir ölkəyə çevrildiyini bildirərək, dahi lider Heydər Əliyevin xilaskarlıq missiyasından danışıblar.

Sonda institutun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ramilə Dadaşova müdrik siyasətçi Heydər Əliyevin “Vətəndə sülh, regionda sülh, dünyada sülh” modelinin sosioloji, tarixi, mədəni və iqtisadi aspektləri haqqında məruzə edib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015