AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Foto
Akademik Nailə Vəlixanlı İpəkyolu Beynəlxalq Muzeylər Alyansının vitse-prezidenti seçilib
Noy 29, 2018 | 03:00 / Mühüm hadisələr
Oxunub 594 dəfə

Çinin Fuçjou şəhərində İpəkyolu Beynəlxalq Muzeylər Alyansının (İBMA) konqresi keçirilib.

Tədbirdə İpək yolu üzərində yerləşən ölkələrdən - Çin, Azərbaycan, Qazaxıstan, Kamboca, İsrail, Laos, Monqolustan, Belarus, Serbiya və digər ölkələrdən nümayəndələr iştirak ediblər.

Konqresdə ölkəmizi AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) direktoru, akademik Nailə Vəlixanlı, elmi işlər üzrə direktor müavini, t.ü.e.d., dos. Nərgiz Əliyeva və elmi fond işləri üzrə direktor müavini, t.ü.f.d., dos. Məhfuzə Zeynalova təmsil ediblər.

Tədbirdə muzeylər arasında beynəlxalq əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsinin aparılması barədə müzakirələr olub.

Muzey adından çıxış edən M.Zeynalova təmsil etdiyi qurumun elmi fəaliyyətindən, müəssisədə eksponatların qorunub mühafizə olunması və bərpa texnologiyasından danışıb.

Çıxışlardan sonra İBMA və konqresdə iştirak edən ölkələrin milli muzeyləri arasında memorandum imzalanıb, nizamnamə qəbul olunub. Bundan əlavə, 2019-cu ildə Pekində birgə səyyar sərginin keçirilməsi haqqında qərar qəbul edilib.

Daha sonra İBMA təşkilatının prezident və vitse-prezident yerlərinə seçki olub. Akademik Nailə Vəlixanlı alyansın 9 vitse-prezidentdən biri seçilib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015