AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünaslıq İnstitutunun əməkdaşı “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib
Noy 28, 2018 | 11:00 / Mühüm hadisələr
Oxunub 1664 dəfə

AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Əkrəm Rəhimli ölkə başçısının 27 noyabr 2018-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Alim bu mükafata Azərbaycanda şərqşünaslıq elminin inkişafında xidmətlərinə görə layiq görülüb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015