AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
İstanbul Hərbi Muzeyi ilə Milli Azərbaycan Tarixi Muzeyi arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
Noy 08, 2018 | 10:32 / Görüşlər
Oxunub 388 dəfə

İstanbul Hərbi Muzeyinin sektor müdiri Sezgin Kaya AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində olub.

Muzeyin direktoru, akademik Nailə Vəlixanlı rəhbərlik etdiyi müəssisənin fəaliyyətindən danışıb. Alim muzeydə səmərəli elmi-tədqiqatlar aparıldığını, uğurlu nəticələr qazanıldığını diqqətə çatdırıb. O, Prezident İlham Əliyevin tapşırığı ilə mədəniyyət ocağının əsaslı təmir olunduğunu vurğulayıb.

Görüşdə muzeydə qorunan eksponatların, xüsusən XVIII-XIX əsrlərə aid bayraqların bərpası, həmçinin iki qurum arasında gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

Sonda türkiyəli qonağa muzeyin nəşrləri hədiyyə edilib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015