AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
“Metafizika” jurnalı beynəlxalq impakt faktorlu indeksdə qeydiyyata alınıb
Okt 29, 2018 | 11:00 / Yeni nəşrlər
Oxunub 352 dəfə

“Metafizika Araşdırmalar Mərkəzi”nin rəsmi mətbu orqanı olan “Metafizika” fəlsəfi və fənlərarası araşdırmalar jurnalı beynəlxalq DİİF (Directory of Indexing and Impact Factor) indeksində qeydiyyata alınıb. Nəşr Azərbaycandan ictimai elmlər sahəsində bu nüfuzlu indeksə daxil olan ilk jurnaldır.

Sosial və texniki sahədə çap olunan akademik jurnalları qeydə alan DİİF impakt faktorlu dəyərləndirmə sistemi 1975-ci ildən fəaliyyət göstərir.

Qeyd edək ki, “Metafizika” jurnalının 7 ölkədən tanınmış alimlərin təmsil olunduğu redaksiya heyətinə AMEA-nın müxbir üzvü Könül Bünyadzadəsədrlik edir. Jurnalın baş redaktoru fəlsəfə üzrə elmlər doktoru Ələddin Məlikovdur. Jurnal 6 dildə (Azərbaycan, ingilis, rus, türk, ərəb və fars) məqalə qəbul edir. Nəşrdə me­ta­fi­zik müstəviyə – fi­zi­kanın fövqünə qalxa bilən elmi, tarixi, bə­dii, fəlsəfi, sə­nət­şünaslıq axtarışlarına həsr edilmiş araş­dırmalara yer verilir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015