AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünaslıq İnstitutunda irfan ədəbiyyatına həsr olunan kitab nəşr edilib
Okt 15, 2018 | 01:00 / Yeni nəşrlər
Oxunub 258 dəfə

AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aygün Əlizadənin “Həqiqət axtarışında” kitabı işıq üzü görüb.

Oxuculara təqdim edilən kitab irfan ədəbiyyatının öyrənilməsində atılan addımlardan biridir. Kitabda Azərbaycan İran, Pakistan, Türkiyə, Tacikistan, Rusiya , Qazaxıstan  və Ukraynada çap olunmuş məqalələr toplanıb. Məqalələr toplusu altı fəsildən ibarətdir və dillər üzrə qruplaşdırılıb, yarımfəsillər məntiqi və tarixi ardıcıllıq üzrə verilib.

Kitaba məqalə, tərcümə, beynəlxalq elmi konfrans materialları daxil edilib. Burada Fəridəddin Əttarın, Xacə Abdullah Ənsarinin, Əbu Nəsr Sərracın, Əbdürrəhman Süləminin və başqalarının yaradıcılığına həsr olunmuş məqalələr, ilahi və bəşəri kəlamda zöhdün nəzəri və praktiki əsası, sufilikdə məqam və hal anlamları və s. mövzuda yazılar, eləcə də bir sıra tərcümələr yer alıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015