AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
“Zəngəzur: köç, deportasiya, soyqırımı, işğal tarixi” adlı monoqrafiya nəşr edilib
İyl 30, 2018 | 11:20 / Yeni nəşrlər
Oxunub 116 dəfə

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə Zəngəzur Cəmiyyətləri İctimai Birliyinin sədri Hacı Nərimanoğlunun “Zəngəzur: köç, deportasiya, soyqırımı, işğal tarixi” monoqrafiyası nəşr edilib.

Kitaba Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov “Tarixşünaslığımıza qiymətli töhfə” adlı ön söz yazıb. 

Monoqrafiyada bir sıra böyük dövlətlərin fəal hərbi-siyasi dəstəyi ilə erməni silahlı qüvvələri tərəfindən soyqırımı, deportasiya, etnik təmizlənmə və işğala məruz qalmış Zəngəzur bölgəsinin son iki yüz illik tarixi tədqiq edilib, bölgənin tarixi keçmişinin ümumi mənzərəsi yaradılıb, əhalisinin məruz qaldığı müsibətlərin səbəbləri, nəticələri gerçək tarixi sənədlər və detallarla araşdırılıb. Zəngəzurda yerli əhalinin çarizmin müstəmləkəçilik siyasətinə, bolşevik-daşnak işğalına qarşı mübarizəsi də əks olunub. Xristian təəssübkeşliyi ilə siyasət yürüdən böyük dövlətlərin hərbi-siyasi planlarının bütün Qafqazda xalqların təhlükəsizliyinə və əmin-amanlığına nə qədər böyük zərbə vurduğu faktlarla açılıb.

Tədqiqatçılar, tarixçilər, müəllim və tələbələr, geniş oxucu auditoriyası üçün nəzərdə tutulan monoqrafiyada müxtəlif dillərdə 300-dək mənbəyə istinad edilib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015