AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Fəlsəfə İnstitutu ilə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz arasında əməkdaşlığa dair memorandum imzalanıb
İyl 13, 2018 | 11:00 / Mühüm hadisələr
Oxunub 120 dəfə

İyulun 13-də mədəniyyətin inkişafı naminə elmi potensialın inteqrasiyası məqsədilə elmi katiblərin birinci məsləhətləşmə xarakterli görüşü keçirilib.

Tədbirdə AMEA Fəlsəfə İnstitutu ilə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Sənəd elm, təhsil və mədəniyyətin ortaq fəaliyyətinə xidmət edəcək.

Memorandumu Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev imzalayıblar.

Görüşdə mədəniyyət məsələləri ilə bilavasitə məşğul olan sahələr arasında əməkdaşlığın genişləndirilməsi, əlaqələndirmənin təşkili, qarşıya qoyulmuş vəzifələrin icrası və mövcud problemlərin səmərəli həlli məqsədilə müvafiq işçi qrupunun yaradılması təşəbbüs kimi irəli sürülüb. Həmçinin mədəniyyətin aktual məsələlərinə həsr olunan mövzuların müəyyənləşdirilməsi qərara alınıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015