AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Elm Tarixi İnstitutunda təbiətşünaslığın tarixinə dair oçerklər nəşr olunub
İyn 06, 2018 | 11:09 / Yeni nəşrlər
Oxunub 278 dəfə

AMEA-nın Elm Tarixi İnstitutu tərəfindən təbiət elmlərinin tarixi, bu elmlərin Azərbaycanda təşəkkülü və inkişaf mərhələlərindən bəhs edən təbiətşünaslığın tarixinə dair yeni oçerklər hazırlanıb. Oçerklər AMEA-nın prezidenti, akademik Akif Əlizadənin “Təbiətşünaslığın tarixinə dair oçerklərin hazırlanması” haqqında 30 dekabr 2016-cı il il tarixli sərəncamına əsasən çap olunub.

Nəşrlərin elmi rəhbəri akademik Akif Əlizadə, ön sözün müəllifi AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, elmi redaktoru Elm Tarixi İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli, rəyçiləri Botanika İnstitutunun direktoru, akademik Validə ƏlizadəCoğrafiya İnstitutunun direktoru, akademik Ramiz MəmmədovFizika İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Cavad AbdinovŞamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq CəlilovKataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlıdır.

Oçerklərdə təbiətşünalıq elmlərinin təşəkkülünün tarixi mərhələləri, Azərbaycanda  bu sahənin müstəqil elm sahəsi kimi formalaşması tarixi, Azərbaycan SSR-də təbiət elmlərinin inkişaf istiqamətləri, eyni zamanda, müstəqillik illərində AMEA-nın elmi-tədqiqat institutları və respublikanın digər ali təhsil müəssisələrində bu sahədə aparılan fundamental və tətbiqi tədqiqatlar, əldə olunmuş mühüm nailiyyətlər əksini tapıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015