AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
“Şimali Azərbaycanda İslam maarifçiliyi hərəkatı (XIX-XX əsrin əvvəlləri)” adlı monoqrafiya nəşr olunub
İyn 01, 2018 | 11:00 / Yeni nəşrlər
Oxunub 154 dəfə

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Əli Fərhadovun “Şimali Azərbaycanda İslam maarifçiliyi hərəkatı (XIX-XX əsrin əvvəlləri)” monoqrafiyası nəşr olunub.

Muzeyin Elmi Şurasının qərarı ilə nəşr olunan monoqrafiyanın elmi redaktoru Tarix İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru İradə Bağırovadır.

Nəşrdə Azərbaycanın mütərəqqi din xadimlərinin, ziyalılarının fəaliyyət və yaradıcılığında İslam maarifçiliyi mövzusu araşdırılıb. Mövzu dövrün mətbuatı, o cümlədən Bakı qazısı, Quranın Azərbaycan dilinə ilk tərcüməçisi və şərhçisi Mir Məhəmməd Kərim əl-Bakuvinin “Kəşfül-həqayiq” əsəri (Tiflis, 1904-1906) əsasında ətraflı tədqiq edilib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015