AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Akademik Ramiz Mehdiyev Rusiyanın “Şərəf” ordeni ilə təltif edilib
Apr 26, 2018 | 03:58 / Mühüm hadisələr
Oxunub 302 dəfə

Rusiya prezidenti Vladimir Putin Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Rusiyanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

R.Mehdiyev Azərbaycanla Rusiya arasında əlaqələrin inkişafındakı xidmətlərinə görə bu mükafata layiq görülüb.

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev aprelin 26-da Soçidə keçirilən təhlükəsizlik məsələləri üzrə yüksək nümayəndələrin 9-cu beynəlxalq görüşü çərçivəsində R.Mehdiyevə ordeni təqdim edib.

Akademik Rusiya Prezidentinin ona göstərdiyi yüksək diqqətə görə təşəkkürünü bildirib, iki ölkə arasında əlaqələrin dinamik inkişaf etdiyini və bu işdə dövlət başçılarının mühüm rol oynadığını deyib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015