AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
“Müasir dövrdə hüquqi şüurun formalaşması: sosial-psixoloji təhlil” adlı kitab işıq üzü görüb
Apr 03, 2018 | 12:00 / Yeni nəşrlər
Oxunub 508 dəfə

AMEA-nın Qafqazşünaslıq İnstitutunun elmi katibi, psixologiya üzrə fəlsəfə doktoru Südabə Hüseynovanın “Müasir dövrdə hüquqi şüurun forma­laş­ması: sosial-psixoloji təhlil” kitabı işıq üzü görüb.

Nəşrin elmi redaktoru fəlsəfə üzrə elmlər doktoru, professor Rəfiqə Əzimova, rəyçiləri hüquq üzrə elmlər doktoru, professor Mirağa Cəfərquliyev, psixologiya üzrə fəlsəfə doktorları Yamən Vəliyeva və Aydan Səməndərovadır.

Fəlsəfə İnstitutunun Elmi şurasının qərarı ilə çap olunan mo­noq­ra­fi­ya şəx­siy­yə­tin hü­qu­qi şüu­ru­nun for­ma­laş­ma­sı prob­le­mi­nin nə­zə­ri əsas­la­rı­na, müa­sir dövr­də Azər­bay­can­da şəx­siy­yə­tin hü­qu­qi şüu­ru­nun for­ma­laş­ma­sı xü­su­siy­yət­lə­ri­nə həsr olunub. Nəşrdə şəx­siy­yə­tin hü­qu­qi şüu­ru­nun ma­hiy­yət və məz­mu­nu, onun for­ma­laş­ma­sı­na tə­sir edən so­si­al-psi­xo­lo­ji amil­lər təh­lil edi­lir, hü­qu­qi maa­rif­lən­dir­mə­nin əhə­miy­yə­ti vur­ğu­la­nır. Həmçinin müx­tə­lif yaş mər­hə­lə­lə­rin­də hü­qu­qi şüu­run öy­rə­nil­mə­si ilə bağ­lı mü­əl­lif tə­rə­fin­dən ke­çi­ril­miş təd­qi­qa­tın nə­ti­cə­lə­ri oxuculara təq­dim edi­lir.

Mo­noq­ra­fi­ya ali və or­ta təh­sil mü­əs­si­sə­lə­rin­də, is­lah-əmək mü­əs­si­sə­lə­rin­də ça­lı­şan iş­çi­lər, so­si­al psi­xo­lo­gi­ya, hü­quq psi­xo­lo­gi­ya­sı ilə məş­ğul olan mü­tə­xəs­sis­lər üçün dəyərli vəsaitdir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015