
Milli Azərbaycan Tarixi Muzeyinə Şərq xalçası hədiyyə olunub
Apr 03, 2018 | 11:00 / Mühüm hadisələr
Apr 03, 2018 | 11:00 / Mühüm hadisələr
Oxunub 552 dəfə
Bu yaxınlarda İsraildə yaşayan həmyerlimiz Rauf Şalikoyeviç Zarbailov Şərq mədəni irsinin nümunəsi olan Əfqanıstan xalçasını AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə edib. XX əsrə aid bu xalça muzeyin Etnoqrafiya fonduna təhvil verilib.
Maddi-mədəniyyət nümunəsi Şərq kolleksiyasının zənginləşdirilməsi baxımından tarixi əhəmiyyətə malikdir.