AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Milli Azərbaycan Tarixi Muzeyində Cümhuriyyət dövrünü əks etdirən eksponat qorunub saxlanılır
Mart 28, 2018 | 11:44 / Mühüm hadisələr
Oxunub 520 dəfə
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid materiallarla zəngindir.
Muzeyin Silahlar və bayraqlar fondunda Cümhuriyyət tarixini əks etdirən unikal bir eksponat mövcuddur. Bu, ipək parça üzərində türk əsgərlərinin şəkillərinin və hərbi atributların təsvir olunduğu eksponatdır. Təsvirli parça Qafqaz İslam Ordusunun əsgərlərinin şərəfinə hazırlanıb. Parçanın üzərində “Evladi-şühəda məa ülüvvi izzə. Ləin şaşaaha alə sirri-keys-didar”. (Şəhid övladları uca şərəflə birlikdədir. Vallah onların parlaqlığı ilahi idrak sirrinin də üzərindədir) sözləri yazılıb.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015