AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Foto
Elm Tarixi İnstitutunun direktoru REA-nın elmi müəssisəsinin yubiley tədbirində iştirak edib
Mart 27, 2018 | 11:20 / Mühüm hadisələr
Oxunub 526 dəfə

AMEA-nın Elm Tarixi İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli Moskva şəhərində keçirilən Rusiya Elmlər Akademiyası (REA) S.İ.Vavilov adına Elm və Texnika Tarixi İnstitutunun 25 illik yubileyinə həsr olunan elmi konfransında iştirak edib.

Tədbirdə “Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi” mövzusunda məruzəsini təqdim edən M.Seyidbəyli qeyri-səlis məntiq nəzəriyyəsi ilə dünya elminə misilsiz töhfə vermiş görkəmli azərbaycan alimi Lütfi Zadənin zəngin elmi irsi barədə iştirakçılara ətraflı məlumat verib.

Daha sonra o, REA-nın Elm və Texnika Tarixi İnstitutu tərəfindən təşkil olunan “Mühəndis texnologiyaları və informatika EnT 2018” mövzusunda beynəlxalq elmi konfransda iştirak edib.

M.Seyidbəyli, həmçinin REA-nın Elm və Texnika Tarixi İnstitutunun direktoru, professor Dmitriy Şerbinin, Çin Xalq Respublikası Elmlər Akdemiyasının Elm və Texnika Tarixi İnstitutunun direktoru, professor  Baiçun Çanq, rusiyalı alim, professor U.Baturin və Ukraynadan olan görkəmli alimlərlə görüşlər keçirib. Görüşlərdə qarşılıqlı maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparılıb, əməkdaşlıq perspektivləri müzakirə edilib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015