AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
“AMEA Xəbərləri (ictimai elmlər seriyası)” jurnalının xüsusi buraxılışı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub
Mart 01, 2018 | 12:00 / Yeni nəşrlər
Oxunub 582 dəfə

“Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri (ictimai elmlər seriyası)” jurnalının xüsusi buraxılışı çapdan çıxıb. Jurnal Prezident İlham Əliyevin Sərəncamına əsasən Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunub.

Xüsusi buraxılışda 20-dən artıq yerli və xarici tədqiqatçının AXC tarixi ilə bağlı məqaləsi dərc olunub. Azərbaycan, Fransa, Rusiya, Türkiyə alimlərinin araşdırmalarında müstəqillik ərəfəsində Azərbaycanda daxili və xarici vəziyyət, Cümhuriyyətin elan olunması, AXC dövrünün hərbi-siyasi, sosial-iqtisadi məsələləri, milli hökumətin xarici siyasəti və digər problemlərə toxunulub, yeni arxiv mənbələri elmi dövriyyəyə gətirilib.

Jurnalda Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları - t.ü.f.d. Fərhad Cabbarovun “Cümhuriyyətin iqtisadi siyasətinin bəzi məsələlərinə dair”, t.ü.f.d. Səbuhi Əhmədovun “Применение метода “эшелонной войны” в боевых действиях на территории Азербайджана в 1918 году”, Emin Dadaşovun “1918-ci il mart hadisələri zamanı Bakı şəhərində dağıdılmış ictimai binaların əks olunduğu fotokolleksiya (Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında)” adlı məqalələri də yer alıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015