AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
“Sikkə və dövlətçilik” kitabı çapdan çıxıb
Yan 25, 2018 | 11:32 / Yeni nəşrlər
Oxunub 368 dəfə

Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika və epiqrafika elmi fond şöbəsinin müdiri, t.ü.e.d., professor Əli Rəcəblinin “Sikkə və dövlətçilik” adlı kitabı Azərbaycan və rus dillərində işıq üzü görüb.

Numizmatika fondunun materialları əsasında tərtib olunan nəşrin elmi redaktoru muzeyin direktoru, akademik Nailə Vəlixanlıdır.

Kitabda Azərbaycanda sikkə zərbi və dövlətçilik ənənələri öz əksini tapıb. Bundan əlavə, ilk dəfə olaraq numizmatik faktlar dövlətçilik institutunun ən vacib rəmzlərindən biri kimi tədqiqata cəlb edilib.

Vəsait numizmatlar, tarixçilər, siyasətçilər və bu sahə ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015