AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Tacikistanın Azərbaycandakı səfiri Şərqşünaslıq İnstitutunda olub
Yan 10, 2018 | 01:00 / Görüşlər
Oxunub 436 dəfə

Tacikistan Respublikasının Azərbaycandakı səfiri Rustam Soli AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.

İnstitutun direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşdə qonağa müəssisənin tarixi, əldə etdiyi nailiyyətlər və burada aparılan tədqiqat işləri barədə məlumat verilib.

Görüşdə, həmçinin Şərqşünaslıq İnstitutunda Tacik dili və mədəniyyəti mərkəzinin açılması ilə bağlı müzakirələr aparılıb. Bundan əlavə, Şərqşünaslıq İnstitutu ilə Tacikistan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu arasında elmi əlaqələrin qurulmasının perspektivlərindən də söz açılıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015