AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Qafqazşünaslıq İnstitutunun direktoru Çeçenistanda elmi ezamiyyətdə olub
Dek 21, 2017 | 11:10 / Mühüm hadisələr
Oxunub 80 dəfə

Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı 18-21 dekabr tarixlərində Rusiya Federasiyasının Çeçenistan Respublikasında (Qroznı) elmi ezamiyyətdə olub. O, Rusiya Elmlər Akademiyasının X.İ.İbrahimov adına Kompleks Elmi-Tədqiqat İnstitutunda keçirilən “Şimali Qafqaz xalqlarının sosial-iqtisadi və siyasi inkişafı (XIX əsr-XX əsrin əvvəlləri)” mövzusunda elmi konfransda iştirak edib.

Azərbaycanlı alim tədbirdə “Rusiyada Oktyabr çevrilişindən sonra Cənubi Qafqazda etnosiyasi şərait” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə mötəbər arxiv materiallar və sənədli mənbələr əsasında 1917-ci ilin Oktyabr çevrilişindən Cümhuriyyət qurulana qədərki dövrdə Cənubi Qafqazda yaranmış etnosiyasi şərait, erməni silahlı dəstələrinin türk-müsəlman əhaliyə qarşı törətdiyi kütləvi qırğınlar ətraflı şərh olunub.

M.Qasımlı, həmçinin X.İ.İbrahimov adına Kompleks Elmi-Tədqiqat İnstitutunun rəhbərliyinə Azərbaycana dair kitablar hədiyyə edib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015