AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Rusiyalı alimlər Milli Azərbaycan Tarixi Muzeyində olublar
Noy 23, 2017 | 03:14 / Görüşlər
Oxunub 762 dəfə

Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən Dövlət Ermitaj Muzeyinin Tekstil və Sulu boyakarlıq Elmi bərpa laboratoriyasının rəhbəri Marina Denisova və bərpaçı rəssamlar - Mariya Tixonova, Darya Vasilyeva Milli Azərbaycan Tarixi Muzeyində olublar.

Muzeyin Bərpa laboratoriyasını gəzən qonaqlara eksponatların restavrasiya texnikası haqqında məlumat verilib.

Rusiyalı mütəxəssislər, həmçinin muzeyin tekstil və boyakarlıq texnologiyası ilə maraqlanıb, öz təcrübələrini bölüşüblər.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015