AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
“Müasir şərqşünaslığın aktual problemləri” (Ziya Bünyadov qiraətləri) mövzusunda beynəlxalq konfrans keçiriləcək
Okt 12, 2017 | 03:00 / Konfranslar, iclaslar
Oxunub 582 dəfə

16 oktyabr 2017-ci il tarixində saat 11:00-da AMEA-nın Rəyasət Heyəti, akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə “Müasir şərqşünaslığın aktual problemləri” (Ziya Bünyadov qiraətləri) mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Azərbaycanın görkəmli tarixçisi və şərqşünas alimi, tanınmış ictimai xadim, Dövlət mükafatı laureatı, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadovun xatirəsinə həsr olunan tədbir saat 10:00-da II Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və akademik Ziya Bünyadovun məzarlarını ziyarətlə başlayacaq.

Konfrans iki gün davam edəcək.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015