AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
AMEA-nın müxbir üzvü Akif Musayevin 70 illik yubileyinə həsr olunan konfrans keçiriləcək
Okt 11, 2017 | 01:12 / Konfranslar, iclaslar
Oxunub 460 dəfə

12 oktyabr 2017-ci il tarixində saat 11:00-da Mərkəzi Elmi Kitabxanada İqtisadiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Akif Musayevin anadan olmasının 70, elmi-pedaqoji fəaliyyətinin 50 illik yubileyinə həsr olunan "Strateji iqtisadi islahatlar: qabaqlayıcı vergi siyasəti" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Tədbirdə “İqtisadi inkişafın resurs amili; əsas meyllər barədə”, “İqtisadi islahatlar, strateji planlaşdırma, dövlət tənzimləməsi: sistemli yanaşma”, “Texnoloji yeniliklərin fiskal stimullaşdırılması” və digər mövzularda məruzələr dinləniləcək.

Ünvan: Bakı şəh., H.Cavid pr., 115.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015