AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
“XIX-XX əsrlərdə Şirvan bölgəsinin etnoqrafik səciyyəsi” adlı monoqrafiya çapdan çıxıb
Okt 04, 2017 | 11:25 / Yeni nəşrlər
Oxunub 28 dəfə

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Könül Əsədlinin “XIX-XX əsrlərdə Şirvan bölgəsinin etnoqrafik səciyyəsi” adlı monoqrafiyası işıq üzü görüb.

"Elm və təhsil" nəşriyyatında çap olunan kitabın redaktoru t.ü.e.d Nərgiz Quliyeva, rəyçiləri isə - t.ü.e.d, professor Məhəbbət Paşayeva və t.ü.e.d N.Əliyevadır.

Monoqrafiyada toxunulan məsələlərin ümumiləşdirilməsi və tədqiqat obyektinin müxtəlif aspektdən araşdırılması milli-mədəni dəyərlərin öyrənilməsi üçün olduqca böyük əhəmiyyət kəsb edir. Yeni nəşrdə dəyərli mənbələrdən, arxiv və arxeoloji, etnoqrafik və ədəbiyyat materiallarından, həmçinin ümumiləşdirilmiş əsərlərdən istifadə olunub.

Eyni zamanda, kitabda bölgənin müxtəlif rayonlarından toplanılan çöl etnoqrafik materialları da tədqiqata cəlb edilib. 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015