AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Səudiyyə Ərəbistanı səfirliyinin mədəniyyət attaşesi Şərqşünaslıq İnstitutunun qonağı olub
Sen 20, 2017 | 11:42 / Görüşlər
Oxunub 90 dəfə

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət attaşesi Səid əl-Qidəm AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun qonağı olub.

İnstitutun direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşdə ərəbşünaslıq sahəsində aparılan tədqiqatlardan söz açılıb.

Səid əl-Qidəm elmi müəssisədə görülən işləri yüksək qiymətləndirib və kral Əbdüləziz adına Tədqiqat və Arxiv fondunun nəşrlərini Şərqşünaslıq İnstitutuna hədiyyə edib.

Hədiyyəyə görə təşəkkürünü bildirən G.Baxşəliyeva kitabların institutun ərəbşünas alimlərinin tədqiqat işləri üçün faydalı olacağını deyib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015