AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən antik dövrə aid araşdırmalar aparılıb
İyl 31, 2017 | 03:49 / Mühüm hadisələr
Oxunub 112 dəfə

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları antik dövr üzrə bir sıra tədqiqatlar aparıblar.

Belə ki, Şəmkir rayonunun Qaracəmirli kəndi yaxınlığındakı eramızdan əvvəl V–IV əsrlərə aid şəhər kompleksində antik dövrə aid saray kompleksinin tədqiqi davam etdirilib. Bundan əlavə, Ağcabədi rayonunun Salmanbəyli kəndi ərazisində yerləşən antik və orta əsrlərə aid Qalatəpə şəhər məskəninin üst qatında arxeoloji qazıntılar aparılıb.

Eyni zamanda, Şamaxı rayonu ərazisində antik dövr Gəgəli nekropolunda qazıntı işləri görülüb. Tədqiqatlar zamanı tapılan maddi mədəniyyət nümunələri əsasında Gəgəli nekropolu ilk orta əsrlərə aid edilib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015