AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Foto
Arxeologiya və Etnoqrafiya İnstitutu ilə İtaliyanın Neapol Şərq Universiteti arasında memorandum imzalanıb
İyn 12, 2017 | 09:59 / Mühüm hadisələr
Oxunub 656 dəfə

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu ilə İtaliyanın Neapol Şərq Universiteti arasında arxeologiya sahəsində birgə tədqiqat və təhsil əməkdaşlığını nəzərdə tutan memorandum imzalanıb.

Memorandumu institutun direktoru, tarix üzrə elmlər doktoru Maisə Rəhimova və Neapol Şərq Universitetinin professoru Bruno Cenito imzalayıblar.

Tərəflər müqaviləyə əsasən, beş il ərzində birgə arxeoloji tədqiqatların təşkili, arxeologiya ilə əlaqəli interdisiplinar (fənlərarası), arxeozoologiya, arxeobotanika və digər sahələrdə əməkdaşlıq edəcəklər.

Qeyd edək ki, tədbirdə institutun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Sevil Ağamalıyeva, AMEA-nın müxbir üzvü İlyas Babayev, tarix üzrə fəlsəfə doktorları - Səfər AşurovBəhlul İbrahimli də iştirak ediblər.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015