AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Fəlsəfə İnstitutunun alimləri İtaliyada beynəlxalq konfransda çıxış ediblər
May 18, 2017 | 01:13 / Konfranslar, iclaslar
Oxunub 2700 dəfə

İtaliyanın Genuya şəhərində Azərbaycan-İtaliya diplomatik münasibətlərinin qurulmasının 25 illiyi münasibəti ilə beynəlxalq konfrans keçirilib.

Tədbirdə Genuya Universitetinin dəvəti ilə AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə, həmin institutun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Zöhrə Əliyeva və Dinşünaslıq və mədəni6yyətşünaslığın fəlsəfəsi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Elsever Səmədov iştirak ediblər.

Beynəlxalq konfrasnda “Müasir dövrdə Azərbaycan və İtaliya fəlsəfəsinin qarşılıqlı təsiri” mövzusunda məruzə ilə çıxış edən İ.Məmmədzadə ölkələrimiz arasında qurulan əlaqələrə fəlsəfənin təsirindən danışıb. İ.Məmmədzadə İtaliya-Azərbaycan əməkdaşlığının möhkəm zəmin üzərində qurulduğunu və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini deyib. O, həmçinin Heydər Əliyev Fondunun İtaliyada gördüyü uğurlu işlər və ötən il Roma Papası Fransiskin Azərbaycana səfərinin əhəmiyyəti barədə ətraflı məlumat verib.

Tədbir konfrans iştirakçılarının müvafiq mövzu ilə bağlı qarşılıqlı müzakirələri ilə davam etdirilib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015