AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
AMEA-nın doktorantı Oksfordda təlimlərdə iştirak edəcək
Apr 19, 2017 | 01:33 / Mühüm hadisələr
Oxunub 1018 dəfə

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Hüquq və İnsan Haqları İnstitutunun elmi işçisi və doktorantı Səid Musayev Amerikanın Qlobal Antisemitizm Siyasəti İnstitutu (Institute for the Study of Global Antisemitism and Policy - İSGAP) tərəfindən Böyük Britaniyanın Oksford Universitetində antisemitizmin müasir problemlərinin elmi aspektdən öyrənilməsi məqsədilə təşkil olunacaq təlimlərdə iştirak üçün dəvət alıb.

Oksford Universitetinin akademik və professorlarının rəhbərliyi ilə iyulun 16-dan iyulun 29-dək davam edəcək təlimlərin əsas məqsədi dünyada geniş vüsət alan antisemitizm bəlasının fənlərarası aspektlərdə öyrənilməsi, tədris proqramı hazırlanmaqla öyrədilməsidir.

Dünyada antisemitizmə qarşı mübarizə sahəsində tanınan institutlardan olan İSGAP Şimali Amerikada antisemitizm probleminin elmi sahədə tədqiq olunması məqsədilə yaradılan ilk müəssisədir. O hər il dünyanın qabaqcıl universitetlərindən olan Harvard Hüquq Elmləri İnstitutu, İsrailin Təl-Əviv Universiteti, ABŞ-ın Yel Sosial və Siyasi Araşdırmalar İnstitutu və Yerusəlim İvrit Universitetində antisemitizmin sosial və elmi mahiyyətinin araşdırılması ilə bağlı təlimlər təşkil edir.

S.Musayev hazırda “Rasizm, antisemitizm və gənclərin radikallaşmasına qarşı insan hüquqları kontekstində mübarizə təcrübəsi Avropa və Azərbaycanda” mövzusunda tədqiqat işi üzərində çalışır.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015