AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Foto
Professor Musa Qasımlı Türkiyədə tarixi tədqiqatların metodoloji prinsipləri ilə bağlı çıxış edib
Apr 14, 2017 | 11:57 / Mühüm hadisələr
Oxunub 824 dəfə

Türkiyənin paytaxtı Ankara şəhərində görkəmli türk tarixçisi, professor Xəlil İnalcıkın xatirəsinə həsr olunan “Tarix və tarixçilik” mövzusunda beynəlxalq simpozium keçirilib.

Türk Tarix Qurumu və Qazi Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan, Türkiyə, Rusiya, Litva, Ukrayna, Qazaxıstan, Rumıniya, Albaniya, Qırğızıstan, İran, İraq və Əlcəzairdən olan tarixçi alim və tədqiqatçılar iştirak ediblər.

Beynəlxalq simpoziumda ölkəmizi AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Musa Qasımlı təmsil edib. Onun “Azərbaycan Respublikasında tarixi tədqiqatların bəzi metodoloji prinsiplərinə dair” adlı məruzəsi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Azərbaycanlı alim, həmçinin simpoziumun iclaslarından birinə sədrlik edib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015