AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
AMEA-nın Elm Tarixi İnstitutu Türk Tarix Qurumu ilə əməkdaşlıq edəcək
Apr 13, 2017 | 12:30 / Mühüm hadisələr
Oxunub 966 dəfə

AMEA Elm Tarixi İnstitutunun elmi işlər üzrə direktor müavini, ilahiyyat üzrə fəlsəfə doktoru Səbinə Nemətzadə Türkiyənin paytaxtı Ankara şəhərində elmi ezamiyyətdədir.

Alim səfər çərçivəsində Türk Tarix Qurumunun sədri, professor Rəfiq Turanla görüşüb. Görüşdə S.Nemətzadə təmsil etdiyi müəssisənin Türkiyə və digər xarici ölkələrin elmi qurumları ilə dostluq münasibətlərindən, əməkdaşlıq imkanlarından söz açıb. O, Elm Tarixi İnstitutunun nəşrlərini Türk Tarix Qurumunun kitabxanasına təqdim edib.

Görüşdə iki qurum arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi üçün əməkdaşlıq müqaviləsinin imzalanması barədə razılıq əldə olunub.

Qeyd edək ki, azərbaycanlı alim növbəti günlərdə Türkiyə Respublikası Baş Nazirliyinin Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunda görüşlər keçirəcək.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015