AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Azərbaycanlı şərqşünas alimin kitabı Rusiyada çap olunub
Apr 10, 2017 | 12:02 / Yeni nəşrlər
Oxunub 330 dəfə

Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Şahin Mustafayevin “Səlcuqilərdən Osmanlılara” kitabı Moskvada rus dilində çap olunub.

Kitabda XI-XV yüzilliklәrdә Anadoluda baş verәn siyasi vә sosial hadisәlәrin fonunda türk etnomәdәni mühitinin formalaşması vә inkişafı proseslәri tәdqiq edilir. Əsər çox saylı orta əsrlər mənbələri əsasında yazılıb. Müəllif türk və fars dillərində qələmə alınmış salnamələr, Bizans tarixçilərinin xronikaları, Avropa səyyahlarının gündəlikləri, tarixi və ədəbi xarakterli digər sənədlərdə mövcud olan məlumatlardan geniş istifadə edib.

Müasir Azərbaycan, türk, rus və Qərb alimlərinin tədqiqat əsərlərini təhlil edən müəllif orta əsrlər Anadolu və Azərbaycan tarixinə dair bir sıra mühüm konseptual müddəalar və fikirlər ortaya qoyub. Dörd fəsildən ibarət olan monoqrafiyada Sәlcuq dövründә Anadoluda türk etnik birliyinin tәşәkkülü, monqol işğalı nәticәsindә Rum Sәlcuq dövlәtinin süqutu vә siyasi hakimiyyәtin parçalanması, türk bәyliklәri arasında hәrbi-siyasi rәqabәt vә mübarizәnin gedişi, Osmanlı dövlәtinin yüksəlişi vә bütün bu tarixi hadisәlәrin kontekstindә türk mədəniyyətinin və kimliyinin inkişafı, türk etnik şüurunun tәkamül dinamikası araşdırılır.

Kitab Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu və Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutunun elmi şuraları tərəfindən nəşr üçün təsdiq edilib. Monoqrafiyanın elmi redaktoru Rusiyanın tanınmış türkoloq-tarixçisi S.Oreşkova, rəyçiləri akademik M.Meyer və akademik Nailə Vəlixanlıdır.

Yeni nəşr orta əsrlər tarixi ilə məşğul olan mütəxəssislər, şərqşünaslıq elmi sahəsində təhsil alan tələbələr, həmçinin Türkiyə və Azərbaycan tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015