AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünaslıq İnstitutu beynəlxalq əlaqələrini genişləndirir
Apr 12, 2017 | 03:07 / Görüşlər
Oxunub 420 dəfə

İsrailin Hayfa Universitetinin Ərəb dili və ədəbiyyatı kafedrasının müəllimi Roy Vilojnıy və London İsmailizm Tədqiqatları İnstitutunun əməkdaşı, professor Yanis Eşots aprelin 12-də AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olublar.

Qonaqlar ilk olaraq institutun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva ilə görüşüblər. G.Baxşəliyeva institutda ərəbşünaslıq və digər sahələrdə aparılan tədqiqatlar barədə ətraflı məlumat verib, qonaqları maraqlandıran sualları cavablandırıb.

Roy Vilojnıy və Yanis Eşots da öz növbələrində təmsil etdikləri qurumlarda fəaliyyətləri ilə bağlı danışıblar.

Daha sonra qonaqlar Şərqşünaslıq İnstitutunun ərəbşünas alimləri ilə görüşüblər. İnstitutun Ərəb filologiyası şöbəsinin müdiri, fil.ü.e.d. Vilayət Cəfərov onlara şöbədə ərəb dili və ədəbiyyatı sahəsində görülən işlərdən danışıb.

Görüşdə aparılan tədqiqatlarla bağlı geniş fikir mübadiləsi aparılıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015