AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
“21 Azər” soyqırımı" adlı kitab çapdan çıxıb
Mart 27, 2017 | 03:24 / Yeni nəşrlər
Oxunub 2688 dəfə

AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu tərəfindən Cənubi Azərbaycandan olan tədqiqatçı Hüseyn Əlizadənin (Barış Mərəndli) “21 Azər” soyqırımı" kitabı çap olunub.

İnstitutun əməkdaşı Saleh Dostəliyevin fars dilindən tərcümə etdiyi əsər Pəhləvi şah dövründə İranda öz milli-mədəni hüquqlarını qorumaq uğrunda mübarizəyə qalxmış və Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi ilə 12 dekabr (şəmsi təqvimi ilə “21 Azər” günü) 1945-ci il tarixində Milli Hökumət qurmuş xalqımıza qarşı 1946-1947-ci illərdə rejim tərəfindən törədilən kütləvi qırğınların tarixi təhlilinə həsr edilib.

Kitab giriş və 9 fəsildən ibarətdir. Nəşrdə 1946-1947-ci illər soyqırımının Zəncan, Miyana, Ərdəbil, Təbriz, Sərab, Urmiya, Xalxal, Marağa, Mərənd, Xoy, Meşkinşəhr, Astara, Əhər bölgələr üzrə şəhidləri barədə məlumat verilir, “21 Azər” hadisələrində şahpərəst ruhanilərin, daxili və xarici qüvvələrin rolundan bəhs edilir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015