AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünaslıq İnstitutunun əməkdaşının monoqrafiyası Türkiyədə çap olunub
Mart 03, 2017 | 09:05 / Yeni nəşrlər
Oxunub 2752 dəfə

AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Mahir Həmidovun “Mixail Nuaymənin poetikası və şeirləri” adlı monoqrafiyası Türkiyədə çap olunub.

Monoqrafiyada XX əsr ərəb ədəbiyyatının görkəmli nümayəndəsi M.Nuaymənin poeziyası, divanına daxil olan şeirlərin fəlsəfi qaynağı, məzmun və ideyası, ədəbi xüsusiyyətləri geniş şəkildə təqdim olunur. M.Həmidov yazıçının yaradıcılığında xristian, islam, rus, Qərb və qədim hind mədəniyyətini, bu zəngin qaynaqlardan gələn ədəbi-fəlsəfi, dini təsirləri ayrılıqda tədqiqat obyektinə çevirib.

Kitabda, həmçinin M.Nuaymənin şeirləri Mahir Həmidovun poetik tərcüməsində oxuculara təqdim olunur.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015